Azərbaycan Cüdo Federasiyası milli komandaların məşqçilər heyətini gücləndirib.
Postxronika.az xəbər verir ki, Orxan Səfərov yeniyetmə oğlanlardan ibarət, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi təyin olunub. Hər iki mütəxəssis Beynəlxalq Cüdo Federasiyasının Akademiyasını bitirib və gənc idmançıların peşəkar inkişafına yönəlmiş müasir məşq metodikalarına malikdir. ACF bu addımı texniki-taktiki hazırlığın yüksəldilməsi və istedadlı cüdoçuların inkişafı məqsədilə atıb.