Avropa Birliyində uşaqlara sosial mediadan istifadənin məhdudlaşdırılması məsələsi gündəmdədir. Bu istiqamətdə mümkün addımlar və alternativ yanaşmalar hazırda müzakirə mərhələsindədir.
Postxronika.az xəbər verir ki, AB Komissiyasının sözcüsü Tomas Renye gündəlik brifinqdə bildirib ki, məsələ ilə bağlı üzv ölkələrlə birgə iş aparılır və bütün variantlar nəzərdən keçirilir. Onun sözlərinə görə, Komissiya ekspertlərdən ibarət xüsusi panel formalaşdırır və bu mərhələdən sonra konkret qərarın verilməsi mümkün olacaq. Renye vurğulayıb ki, proses açıq və əhatəlidir, mütəxəssislər isə müxtəlif sahələri təmsil edəcəklər. Hazırda təşəbbüslə bağlı dəqiq vaxt cədvəli müəyyənləşdirilməyib.