İranda ABŞ ilə nüvə danışıqlarının bərpası ilə bağlı yeni qərar gündəmə gəlib.

Postxronika.az xəbər verir ki, Tehran mərkəzli SNN agentliyi Prezident Məsud Pezeşkianın Vaşinqtonla nüvə mövzularında müzakirələrin yenidən başlanması barədə göstəriş verdiyini açıqlayıb. Tasnim agentliyinə istinadən yayılan məlumata görə, mümkün görüşlərin İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində keçirilməsi ehtimal olunur. İran XİN-in sözçüsü İsmayıl Bəqayi bildirib ki, sanksiyaların aradan qaldırılması və milli maraqların təmin edilməsi çərçivəsində danışıqların formatı diqqətlə dəyərləndirilir.

Axios-un məlumatına əsasən, Donald Tramp administrasiyası yaxın günlərdə dialoqa açıqdır. Qeyd edək ki, tərəflər daha əvvəl Oman vasitəçiliyi ilə beş raund dolayı təmas həyata keçirmişdi.