UNIFIL İsrail təyyarələrinin Livanın cənubuna tərkibi naməlum kimyəvi maddələr atdığını açıqlayıb.

Postxronika.az xəbər verir ki, Birləşmiş Millətlər Lübnan Müvəqqəti Sülh Qüvvəsi (UNIFIL)-dən verilən yazılı açıqlamada İsrail ordusunun barış gücünü əvvəlcədən məlumatlandırdığı, bölgədən uzaq durmaları və bağlı məkanlarda qalmaqlarını tələb etdiyi bildirilib. Bu səbəbdən barış gücü 10-dan çox fəaliyyətini ləğv etmək məcburiyyətində qalıb. Maddənin toksik olub-olmamasının müəyyənləşdirilməsi üçün UNIFIL Lübnan ordusuna dəstək göstərib. UNIFIL qeyd edib ki, bu cür planlı və məqsədli hərəkətlər barış gücünün fəaliyyətini məhdudlaşdırır və həm şəxsi heyətin, həm də sakinlərin təhlükəsizliyini riskə atır. Eyni zamanda, bu fəaliyyətlər BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarının pozulması hesab olunur. Lübnan Çevrə Nazirliyi də şübhəli maddənin nümunələrini toplamaq üçün hərəkətə keçib.