Yunanıstan Baş Naziri Kiriakos Miçotakis ölkədə konstitusiya dəyişiklikləri üzrə ictimai dialoqun başladığını açıqlayıb.

Postxronika.az xəbər verir ki, Miçotakis yayımladığı video mesajda bildirib ki, yeni konstitusiyanın hazırlanmasında süni intellekt, iqlim böhranı və digər müasir çağırışlar nəzərə alınacaq. O, həmçinin nazirlərin vəzifədə olarkən törətdiyi cinayətlər üzrə məsuliyyət, dərin dövlətlə mübarizə və yüksək məhkəmə hakimlərinin seçimi kimi mövzularda dəyişikliklərin vacib olduğunu vurğulayıb. Miçotakis Yeni Demokratiya Partiyasının üzvlərindən mart ayına qədər öz təkliflərini təqdim etmələrini istəyib. Baş Nazir digər siyasi partiyalar və vətəndaşlardan da konstruktiv tövsiyələr gözlədiyini bildirib və məqsədin cəsarətli konstitusiya islahatı olduğunu vurğulayıb.