Türkiyə Super Liqasının 20-ci turu çərçivəsində ‘’Fənərbaxça’’ səfərdə ‘’Kocaelispor’’ un qonağı olub.
‘’Fənər’’ görüşdən 0:2 hesablı qələbə ilə ayrılıb.
Qonaqlar 45+1 ci dəqiqədə Marko Asensionun qolu ilə fasiləyə üstün yollanıb.
75-ci dəqiqədə Dorgeles Nene hesab arasındakı fərqi 2-ə yüksəldib.
Qeyd edək ki, ‘’Fənərbaxça’’ 46 xalla turnirdə 2-ci pillədə qərarlaşıb. ‘’Kocaelispor’’ isə 24 xalla 9-cu yerin sahibidir.
Ayaz Zeynalzadə