Azərbaycan elm ictimaiyyətinə ağır itki üz verib. 

Postxronika.az “Oxu.az”a istinadən xəbər verir ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məsud Məmmədov (Məsud Dövran) dünyasını dəyişib. Uzun illər elmi fəaliyyətlə məşğul olan və türkologiya sahəsində, xüsusilə “Xələc dili” ilə bağlı tədqiqatları ilə tanınan alimin vəfatı elm ictimaiyyəti və yaxınları tərəfindən dərin hüznlə qarşılanıb.