Nigeriyada dünya şöhrətli boksçu Entoni Coşuanın xəsarət alması və iki yaxın dostunun ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsini törədən sürücüyə rəsmi ittiham irəli sürülüb.

Postxronika.az "Reuters" agentliyinə  istinadən xəbər verir ki, 46 yaşlı Adeniyi Mobolaji Kayode təhlükəli manevr edərək ölümə səbəb olmaq da daxil olmaqla, dörd fərqli maddə üzrə məsuliyyətə cəlb edilib. İstintaqın ilkin rəyinə görə, yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi ötmə əməliyyatı zamanı idarəetmədən çıxaraq dayanmış yük maşınına çırpılıb. "Lexus" markalı avtomobildə olan britaniyalı çempion qəzanı yüngül xəsarətlərlə atlatdığı halda, komanda üzvləri Sina Ghami və Latif Ayodele hadisə yerində dünyalarını dəyişiblər. Hazırda vəziyyəti stabil olan Coşuanın işi üzrə məhkəmə prosesi yanvarın 20-nə qədər təxirə salınıb.