Almaniyanın Şimal Reyn-Vestfaliya əyalətində Noel bayramı zamanı baş verən bank soyğununda hırsızlar 100 milyon avrodan çox pul və qiymətli əşyalar oğurlayıb.
Postxronika.az xəbər verir ki, soyğunçular 2 500 müştərinin 3 250 şəxsi kassasını açaraq pul, qızıl, zərgərlik əşyaları və səhm sertifikatlarını ələ keçiriblər. Ən çox zərər çəkənlərin arasında 100-150 türk vətəndaşı da var.
Qeyd edək ki, zərərçəkənlər üçün vatsap qrupu yaradılıb və artıq minlərlə üzv qeydiyyatdan keçib.