Disney animasiyası “Zootropolis 2” dünya üzrə 1,46 milyard dollar gəlir əldə edərək gişə rekordunu təzələyib. Bu nəticə 2019-cu ilin Frozen 2 filmindəki 1,45 milyard dolları geridə qoyub.

Postxronika.az xəbər verir ki, filmdə Judy və Nick’in Zootropolisdə yaşadığı macəralar göstərilir. Səs aktyorları arasında Ginnifer Goodwin, Jason Bateman, Ke Huy Quan və Shakira yer alır. Türkcə dublajda Nick rolunu Cem Yılmaz səsləndirir.

Qeyd edək ki, Çin kinoteatrlarında film 500 milyon dollar gəlir əldə edərək ölkədə göstərilən ən uğurlu Hollywood animasiyalarından biri olub.