TƏCİLİ: ABŞ Hərbi Hava Qüvvələri Venesuelanı bombardman edir – Karakasda silsilə partlayışlar

Postxronika.az xəbər verir ki, son dəqiqələrdə daxil olan məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakas şəhərinə hava hücumlarına başlayıb.

İlkin məlumatlara əsasən, paytaxtın müxtəlif ərazilərində güclü partlayış səsləri eşidilir. Yerli mənbələr və şahidlər şəhərin ən azı 20 fərqli nöqtəsində partlayışların baş verdiyini bildirirlər.

Hücumun hədəfləri barədə hələlik dəqiq rəsmi məlumat verilməsə də, zərbələrin strateji hərbi obyektlərə və hökumət binalarına yönəldiyi ehtimal edilir. Şəhər üzərində qatı tüstü dumanının yüksəldiyi, küçələrdə təşviş yaşandığı və təcili yardım briqadalarının hadisə yerlərinə cəlb olunduğu qeyd olunur.

Hələlik nə Vaşinqton, nə də Karakas rəsmi qurumları tərəfindən ölən və yaralananlar barədə açıqlama verilməyib.