Yəmənin cənubunda nəzarəti ələ keçirən və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən Cənub Keçid Şurası (CKŞ) iki illik keçid mərhələsini elan edib.

Postxronika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şura bildirib ki, bu addım region əhalisinin öz gələcək taleyini müəyyən etmək hüququna uyğun olaraq atılıb. Belə ki, keçid dövrünün sonunda sakinlər Cənubi Yəmənin siyasi statusunu müəyyənləşdirmək üçün müstəqillik referendumu keçirə biləcəklər.

Bildirək ki, referendum nəticəsi regionun gələcək siyasi istiqaməti üçün mühüm əhəmiyyət daşıyır.