Məhşur ulduzu Angelina Jolie Qəzzaya gedən Refah Sərhəd Məntəqəsini Misir tərəfində ziyarət edib.

Postxronika.az  xəbər verir ki, o, buradakı yardım işçiləri və tır sürücüləri ilə görüşərək yaralı fələstinlilərin vəziyyəti haqqında məlumat alıb. 53 beynəlxalq yardım təşkilatı İsrailin yeni qaydalarının bölgədəki humanitar yardımları dayandıra biləcəyinə dair xəbərdarlıq edib. Bu təşkilatlar xəstəxanalar, qida yardımı və sığınacaq xidmətlərinin böyük hissəsini həyata keçirir.

QHT-lər vurğulayıb ki, humanitar yardımlar siyasətlə bağlı deyil, insanlara kömək məqsədilə edilir və fəaliyyətlərin dayandırılması insan həyatına ciddi təhlükə yaradar.