Sudan sonra insan sağlamlığına ən çox fayda verən içki müəyyən edilib. Təbiətin təqdim etdiyi möcüzəvi tərkiblərlə hazırlanan, hüceyrə yeniləyici xüsusiyyəti ilə yaşıl çay siyahının zirvəsində yer alıb.

Postxronika.az xəbər verir ki, yaşıl çayın yaşlanmanın təsirlərini yavaşlatması, kanserogen maddələri orqanizmdən uzaqlaşdırması və hüceyrələri dərin şəkildə təmizləməsi ilə digər içkiləri geridə qoyub.
Mütəxəssislər bu içkinin müntəzəm istifadəsinin immun sistemi üzərində qoruyucu bir qalxan yaratdığını bildiriblər.
Sudan sonra ən sağlam içkilər bunlardır:
Yaşıl çay
Nanə çayı
Yağsız süd
Alternativ südlər və vitamin mənbələri
Soya südü və badam südü
İsti şokolad
Portağal və limon suyu
Kefir