Yanvarın 2-dən bəri davam edən 37-ci Palm Springs Beynəlxalq Film Festivalı bu gün dünya kinosunun ən iddialı ekran əsərlərini nümayiş etdirməyə davam edir. Kaliforniyada keçirilən bu tədbir ənənəvi olaraq "Oskar" mükafatlarına gedən yolda ilk ciddi sınaq hesab olunur.
Postxronika.az xəbər verir ki, festivalın rəsmi saytına istinadən, builki proqramda xarici dildə ən yaxşı film nominasiyasına iddialı olan Avropa və Asiya filmləri xüsusi maraq doğurub. Kino tənqidçiləri festivalda səslənən rəylərin Akademiya üzvlərinin qərarlarına təsir edəcəyini bildirirlər.