2026-cı ilin ilk dolunayı 3 yanvar tarixində baş verir və Bakı vaxtı ilə saat 13:03-də başlayacaq. Xərçəng bürcündə baş verəcək bu dolunay, hər bir bürcü fərqli şəkildə təsir edəcək. Mütəxəssis astroloq Aygül Aydın, dolunayın bürclərə təsirini təhlil edib.

Postxronika.az xəbər verir ki, qoç bürcləri üçün bu dolunay ailəvi məsələlərdə və ev qaydalarınızda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Köçmə və ya valideynlərinizlə bağlı mühüm qərarlar qəbul edilə bilər. Xarici dünyada özünüzü sübut etməyə çalışarkən daxili rahatlığınızı və mərhəmətinizi unutmamalısınız.

Buğa bürcləri isə yaxınlarınızla  olan münasibətlərinizdə bəzi çətinliklərlə qarşılaşacaq. Qısa səyahət və ya ticarət layihəsində mühüm qərarlar almanız gərəkəcək. Sosial çevrənizdəki qeyri-müəyyənlikləri həll etmək üçün məntiqli və strateji yanaşma sərgiləməlisiniz.

Əkizlər bürcləri üçün maddi vəziyyətdə mühüm dəyişikliklər gözlənilir. Uzun müddət gözlədiyiniz ödənişlər alınacaq və maddi məsələlərdə irəliləyişlər olacaq. Borclar, vergilər və ortaq pullarla bağlı daha ciddi yanaşmanız lazım olacaq.

Xərçəng bürcündəki dolunay xarici görünüşünüzdə və həyatınızda köklü dəyişikliklər etməyə səbəb ola bilər. Öz emosional təhlükəsizliyinizi qurmağa başlayacaqsınız. Həftə sonu ikili münasibətlərdəki sərt divarları yumşaltmaq üçün addımlar ata bilərsiniz.

Şir bürcləri sosial çevrələrindəki bəzi problemli insanları aradan qaldırmağa qərar verəcək. Yalnızlıq bu həftə sizə ən böyük rahatlığı verəcək. Həftə sonu daxili bələdçinizlə yeni həyat planları qurmağa başlaya bilərsiniz.

Qız bürcləri sosial çevrələrində kimlərin həqiqi dost olduğunu daha yaxşı anlayacaqlar. Sevgi həyatınızda və uşaqlarla olan münasibətlərinizdə daha ciddi yanaşmağa meyilli olacaqsınız.

Tərəzi bürcləri karyeralarındakı uğurlarını evdə necə göstərəcəklərini düşünərkən çətinlik çəkə bilərlər. Statusu qorumaq üçün verdikləri güzəştlərin artıq onları yorduğunu hiss edəcəklər. Həftə sonu bir hakimiyyət fiquru ilə açıq və səmimi bir söhbət rahatlamağa kömək edəcək.

Əqrəb bürcləri uzaq əlaqələr və akademik məsələlərdə emosional dəyişikliklər yaşayacaq. Bu dolunay dünyagörüşünüzü genişləndirmənizi tələb edir. Tətil və ya təhsil planlarındakı qeyri-dəqiq məlumatlara qarşı diqqətli olun.

Oxatan bürcləri ortaq pullar və maliyyə məsələləri ilə bağlı mühüm qərarlar alacaqlar. Borc və ya miras məsələləri bu dolunayda kritik rol oynaya bilər. Maliyyə məsələlərində özünüzü sınağa çəkəcək vacib qərarlar almalı olacaqsınız.

Oğlaq bürcləri ikili münasibətlərdə və evlilikdə emosional tarazlığı tapmaqda çətinlik çəkəcəklər. Qarşılıqlı gözləntilər arasında bir münaqişə meydana gələ bilər. Arxanızdan danışılanlara diqqət etməyin və məlumatı təsdiq etmədən qərar verməyin.

Dolça bürcləri iş rutinləri və sağlamlıq məsələlərində əhəmiyyətli dəyişikliklər yaşayacaqlar. Yığılan iş yükü və iş yoldaşları ilə yaşanan gərginliklər müsbət nəticəyə çatacaq. Sağlığınıza diqqət yetirməlisiniz.

Balıq bürcləri eşq həyatında və yaradıcı layihələrində yeni bir dövrə qədəm qoyacaqlar. Sosial çevrənizdəki əlaqələri yenidən gözdən keçirəcək və duyğularınızı daha açıq şəkildə ifadə etməyə başlayacaqsınız.