İspaniya La Liqasının 18-ci turu çərçivəsində, Kataloniya derbisində ‘’Barselona’’, ‘’Espanyol’’un qonağı olub.
Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk qolun müəllifi 86-cı dəqiqədə Dani Olmo, 2-ci qolun müəllifi isə 90-cı dəqiqədə Robert Levandovski olub.
‘’Espanyol’’ un təzyiqlərinə baxmayaraq, Xuan Qarsiya qapısını qola bağlaya bilib.
Qeyd edək ki, qələbədən sonra ‘’Barselona’’ aktivinə 3 xal yazdıraraq 49 xalla liderliyini möhkəmləndirib. ‘’Espanyol’’ isə 33 xalla 5-ci pillədə qərarlaşıb.
Ayaz Zeynalzadə