"Mundo Deportivo" nəşrinin keçirdiyi son sorğuya əsasən, Kataloniya klubunun azarkeşlərinin əksəriyyəti Markus Reşfordun komandada qalmasını arzulayır.
Postxronika.az xəbər verir ki, fanatların 54,6 faizi "Mançester Yunayted"ə məxsus olan hücumçunun satınalma hüququnun aktivləşdirilməsini dəstəkləyir. Buna baxmayaraq, rəyi soruşulanların 35,7 faizi ingilis futbolçunun daimi transferinin əleyhinədir, 6,3 faiz isə qərarın mövsümün sonunda verilməli olduğunu düşünür.
Qeyd edək ki, hazırda "Barselona"da icarə əsasında çıxış edən oyunçunun müqaviləsində 30 milyon avroluq satınalma maddəsi mövcuddur. Reşford "Blauqrana"nın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 24 oyunda məhsuldarlığı ilə seçilib. O, bu qarşılaşmalarda rəqib qapılarına 7 yol tapıb və komanda yoldaşlarına 9 məhsuldar ötürmə edib.