ABŞ-nin Nyu-Cersi ştatının cənubunda iki helikopterin havada toqquşması nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb.
Postxronika.az xəbər verir ki, Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına əsasən, "Enstrom F-28A" və "Enstrom 280C" tipli helikopterlər Hammonton Bələdiyyə Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Hər iki hava gəmisində yalnız pilotların olduğu və toqquşmadan sonra helikopterlərin Hammonton şəhəri ərazisindəki açıq sahəyə düşdüyü bildirilir. Əraziyə cəlb olunan xilasedicilər helikopterlərdən birində başlayan yanğını söndürüb, pilotları isə hava yolu ilə xəstəxanaya çatdırıblar. Hazırda qəzanın başvermə səbəbləri Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən araşdırılır. Yerli rəsmilər təhlükəsizlik məqsədilə vətəndaşları hadisə yerinə yaxınlaşmamağa çağırıb.