ABŞ prezidenti Donald Tramp Florida ştatında Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdən sonra Ukrayna müharibəsinin dayandırılması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu, lakin hələ də “çətin məsələlərin” qaldığını bildirib.
Postxronika.az xəbər verir ki, Tramp əsas mübahisə mövzusunun ərazi məsələsi olduğunu qeyd edərək, Rusiyanın Ukraynadan əlavə torpaq tələblərinin müzakirələrdə əsas maneə olaraq qaldığını deyib.
Zelenski tərəflərin 20 maddəlik sülh planının təxminən 90 faizi üzrə razılığa gəldiyini, Tramp isə Ukrayna üçün təhlükəsizlik təminatlarının 95 faiz hazır olduğunu açıqlayıb.
ABŞ və Ukrayna nümayəndə heyətlərinin gələn həftə danışıqları davam etdirəcəyi bildirilib.
Tramp Donbas bölgəsinin demilitarizasiya olunması ilə bağlı təklifin hələ razılaşdırılmadığını, bu mövzunun həllinin çətin olduğunu vurğulayıb. O, eyni zamanda ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların “uyğun vaxtda” mümkün ola biləcəyini də istisna etməyib.