Arteta "Aston Villa" sınağı öncəsi danışdı: "Qəzəbimizi motivasiyaya çevirməliyik"

İngiltərə Premyer Liqasının lideri "Arsenal"ın baş məşqçisi Mikel Arteta 19-cu turda qarşılaşacaqları "Aston Villa" matçı öncəsi fikirlərini bölüşüb.

Postxronika.az xəbər verir ki, ispan mütəxəssis rəqibin Unai Emerinin rəhbərliyi altında yüksək səviyyəli oyun nümayiş etdirdiyini və turnir cədvəlindəki yerinə tam layiq olduğunu bildirib. Baş məşqçi əvvəlki məğlubiyyətin ağrılı olmasına baxmayaraq, həmin qəzəbi düzgün istiqamətə yönəldərək uğur qazanacaqlarına inandığını vurğulayıb. Qeyd edək ki, hazırda "topçular" 18 turdan sonra 42 xalla çempionata başçılıq edirlər. London təmsilçisinin ən yaxın izləyiciləri isə "Mançester Siti" (40 xal) və növbəti rəqibləri olan "Aston Villa"dır (39 xal).