"Real"ın yarımmüdafiəçisi Franko Mastantuono 2025/26 mövsümünün ikinci yarısında daha çox oyun praktikası əldə etmək məqsədilə qış transfer pəncərəsində icarə əsasında çıxış edəcək. İspaniya nəhəngi gənc futbolçunun inkişafı naminə onun müvəqqəti olaraq başqa klubda təcrübə toplamasına razılıq verib.
Postxronika.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, "Los Blancos"un baş məşqçisi Xabi Alonso argentinalı oyunçunu klubun gələcək layihəsinin əsas hissəsi hesab edir. 2025-ci ilin avqustunda "River Pleyt"dən 45 milyon avro qarşılığında transfer olunan istedad indiyədək 14 matçda meydana çıxaraq bir qol və assist müəllifi olub. Hazırkı bazar dəyəri 50 milyon avro qiymətləndirilən yarımmüdafiəçi ilə "Napoli"nin də yaxından maraqlandığı bildirilir.