"Bruklin Nets"in heyətində çıxış edən Yeqor Demin, NBA-nın müntəzəm çempionatında "Qolden Steyt Uorriorz"a qarşı keçirilən və 107:120 hesabı ilə məğlub olduqları görüşdə parlaq oyunu ilə seçilib.

Postxronika.az xəbər verir ki, 19 yaşlı müdafiəçi matç ərzində yeddi dəfə üçxallıq atışı dəqiq yerinə yetirməklə klubun yeni debütant rekordunu müəyyənləşdirib. O, bununla Kerri Kitls (1997) və Bojan Boqdanoviçə (2015) məxsus altı dəqiq atışlıq göstəricini geridə qoyub. Meydanda 32 dəqiqə mübarizə aparan gənc istedad ümumilikdə 23 xal, 3 ribaund və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Komandasının uduzmasına baxmayaraq, Deminin oyundakı faydalılıq əmsalı (+8) müsbət olub.