ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu ayın əvvəlində tarixində ilk dəfə olaraq Venesuela daxilindəki hədəfə pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Postxronika.az xəbər verir ki, mənbələrin məlumatına görə, hücum "Tren de Aragua" cinayətkar dəstəsinin narkotiklərin saxlanması və daşınması üçün istifadə etdiyi ucqar liman obyektinə qarşı həyata keçirilib. Zərbə anında obyektdə heç kim olmadığından insan itkisi qeydə alınmayıb. Prezident Donald Tramp da əməliyyatın uğurla başa çatdığını təsdiqləyərək, hədəfin tamamilə məhv edildiyini bildirib. Vaşinqton bu sərt addımı regiondakı "narkoterrorçulara" qarşı apardığı genişmiqyaslı mübarizənin tərkib hissəsi kimi xarakterizə edir. Ekspertlər isə hesab edirlər ki, rəsmi Karakasın suverenliyinə edilən bu hərbi müdaxilə iki ölkə arasındakı gərginliyi pik həddə çatdıra bilər.