ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəs planının ikinci mərhələsinə "çox tez" nail olmağa ümid etdiyini bildirərək Həmas qruplaşmasını dərhal tərksilah olmağa çağırıb. 

Postxronika.az xəbər verir ki, Floridada İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşən Tramp, silahı yerə qoymayacağı təqdirdə radikal qruplaşmanı ağır nəticələrlə hədələyib. 

Ağ Ev rəhbəri İsrailin öhdəliklərinə tam əməl etdiyini vurğulayaraq, bölgənin yenidən qurulması üçün Həmasın silahsızlaşdırılmasının mütləq şərt olduğunu qeyd edib.

Eyni zamanda Tramp İranın nüvə və ya ballistik raket proqramlarını bərpa edəcəyi təqdirdə bu ölkəyə qarşı yeni genişmiqyaslı zərbələrin endirilə biləcəyini diqqətə çatdırıb. Rəsmi Tehran isə bu təhdidlərə cavab olaraq, istənilən təcavüzə dərhal və sərt reaksiya veriləcəyini bəyan edib. 


Görüşdə həmçinin Suriyadakı yeni rəhbərliklə münasibətlər və regional sabitliyin qorunması məsələləri əsas müzakirə mövzusu olub.