Çin Xalq Azadlıq Ordusu Tayvan adasını mühasirəyə alaraq "Ədalət missiyası 2025" adlı genişmiqyaslı hərbi manevrlər həyata keçirir. 


Postxronika.az xəbər verir ki, rəsmi Pekin bu çərçivədə şimal sularındakı hədəflərə uzaq mənzilli atəşlər açdığını, hava və sualtı müdafiə əməliyyatlarını simulyasiya etdiyini bəyan edib. 


Tayvan tərəfi isə ada ətrafında Çinə məxsus 130 hava nəqliyyatı vasitəsi və 22 gəminin aşkarlandığını bildirərək, ordusunu yüksək hazırlıq vəziyyətinə gətirib.


ABŞ-ın Tayvana 11 milyard dollarlıq rekord silah satışına cavab olaraq başlayan bu gərginlik fonunda Prezident Donald Tramp vəziyyətdən narahat olmadığını diqqətə çatdırıb. O, Çin lideri Si Cinpin ilə yaxşı münasibətlərinin olduğunu vurğulayaraq, genişmiqyaslı toqquşmanın baş verəcəyinə inanmadığını ifadə edib. Pekin rəhbərliyi isə adanın ana quru ilə birləşməsi üçün lazım gələrsə hərbi gücdən istifadə edəcəyini bir daha xatırladıb.