Rusiya Federasiyasında 2026-cı il yanvarın 1-dən etibarən hərbi xidmətə çağırış prosesi rəsmən ilboyu davam edən rejimə keçid edir.
Postxronika.az xəbər verir ki, yeni fərmanla mövsümi çağırış kampaniyaları ləğv edilərək ordunun komplektləşdirilməsi fasiləsiz prosesə çevrilir. Bu dəyişiklik Müdafiə Nazirliyinə ehtiyatda olan qüvvələri və yeni çağırışçıları istənilən vaxt vahid elektron reyestr vasitəsilə nəzarətdə saxlamaq imkanı yaradır. Ekspertlər hesab edirlər ki, bu addım rəsmi Moskvanın səfərbərlik potensialını artırmaq və ordudakı kadr ehtiyacını operativ şəkildə qarşılamaq məqsədi daşıyır. Eyni zamanda, elektron bildiriş sisteminin tam tətbiqi çağırışdan yayınma hallarını minimuma endirməyi hədəfləyir. Yeni qaydalar Rusiyanın müharibə şəraitində hərbi idarəetmə strukturunu daha çevik və sərt hala gətirməsinin göstəricisi kimi qiymətləndirilir.