‘’Yuventus’’ və ‘’Barselona’’ kimi top klublarda çıxış etmiş ulduz futbolçu Miralem Pyaniç peşəkar karyerasını rəsmən sonlandırıb.


Postxronika.az xəbər verir ki, Miralem Pyaniç bu barədə ‘’tuttosport’’a açıqlama verib. 


Futbolçu karyerasını bitirdiyini və ailəsinə vaxt ayırdığını vurğulayıb.


Qeyd edək ki, bir müddət ‘’Beşiktaş’’ forması ilə çıxış edən Bosniya və Herseqovinalı  futbolçu karyerasında 666 rəsmi matça çıxıb və bu matçlarda 77 qol və 132 məhsuldar ötürmə ilə yadda qalıb.