"Aston Villa"nın baş məşqçisi Unai Emeri Premyer Liqanın 19-cu turunda "Arsenal"a 1:4 hesablı məğlubiyyətdən sonra həmkarı Mikel Arteta ilə görüşməməsinə aydınlıq gətirib.

Postxronika.az xəbər verir ki, ispaniyalı mütəxəssis matçdan sonra ənənəvi əl sıxmanın baş tutmamasını rəqib çalışdırıcının qələbə sevincini komandası ilə bölüşməsi ilə əlaqələndirib. Emeri qeyd edib ki, oyun bitdikdən sonra adəti üzrə Artetanı gözləsə də, qarşı tərəf öz heyəti ilə məşğul olub.


Təcrübəli məşqçi həmkarının ona tərəf gəlmədiyini görüb, havanın da soyuq olması səbəbindən daha çox dayanmayıb və meydanı tərk etmək qərarına gəlib.O, baş verənlərin onun üçün problem yaratmadığını, sadəcə şəraitlə bağlı addım atdığını diqqətə çatdırıb.