Avropa Birliyi ölkələrində 2025-ci il ərzində baş verən meşə yanğınları misli görünməmiş ekoloji fəsadlara yol açıb və ümumi itki rekord həddə çatıb.

Postxronika.az xəbər verir ki, Avropa Meşə Yanğınları Məlumat Sisteminin məlumatına əsasən, il ərzində AB ərazisində 1 milyon 34 min hektar meşə sahəsi yanaraq məhv olub ki, bu da qeydlərin aparıldığı dövr üzrə ən yüksək göstəricidir. Ekstremal istilər və yanğın mövsümünün uzanması alovların daha sürətlə yayılmasına səbəb olub. Xüsusilə avqustun ortalarında cəmi bir həftə ərzində 334 mindən çox hektar ərazi yanıb və bu, əvvəlki illərin illik itkilərinə bərabər olub. Ən böyük zərər İspaniya və Portuqaliyada qeydə alınıb, bu ölkələri Rumıniya və İtaliya izləyib. Mütəxəssislər yaranmış vəziyyəti qlobal iqlim dəyişikliyinin ciddi nəticəsi kimi dəyərləndirirlər.