2025-ci ilin yekunlarına əsasən, dünya bazarlarında xam neftin qiyməti son illərin ən aşağı göstəricilərinə enib.
Postxronika.az xəbər verir ki, Brent markalı neft ardıcıl üçüncü ili itkilərlə başa vuraraq öz tarixinin ən uzunmüddətli ucuzlaşma dövrünü yaşayır. İllik müqayisədə qiymətlər təxminən 18% aşağı düşüb ki, bu da 2020-ci ildən bəri ən kəskin geriləmə kimi qeydə alınıb. Qiymət azalmasına əsas səbəb kimi qlobal tələbatın zəifləməsi, ABŞ-nin şist neft hasilatının artması və bir sıra ölkələrə tətbiq edilən sərt sanksiyalar göstərilir. Hazırda Brent nefti 61 dollar, ABŞ-nin WTI markalı yanacağı isə 58 dollar ətrafında stabilləşib. Analitiklər 2026-cı ilin əvvəlində təklif bolluğu səbəbindən bir barrelin qiymətinin 55 dollara qədər geriləyəcəyini proqnozlaşdırırlar.