"Milan" klubunun təcrübəli yarımmüdafiəçisi Luka Modriç karyerası ərzində çalışdığı mütəxəssisləri müqayisə edərək ən sərt baş məşqçinin adını açıqlayıb.
Postxronika.az xəbər verir ki, "Corriere della Sera" qəzetinə müsahibə verən xorvatiyalı ulduz Joze Mourinyonun Kriştiano Ronaldonu soyunma otağında ağladacaq qədər tələbkar olduğunu xatırladıb. Modriç portuqaliyalı çalışdırıcının rəqib müdafiəçini izləmədiyi üçün hətta superulduzu belə komanda yoldaşlarının yanında sərt tənqid etdiyini bildirib.
Futbolçu hazırda işlədiyi Massimiliano Alleqrinin də bənzər xarakterə sahib olduğunu və oyunçulara həqiqəti çəkinmədən birbaşa dediyini vurğulayıb. O, hər iki mütəxəssisin bu dürüstlüyünün komanda daxilində vacib təməl olduğunu qeyd edib.