Britaniyada qaradərili uşaq ədəbiyyatı ilə bağlı sərgi keçirilib. 

Sərginin kuratoru Sends-O'Konnor “Uşaqların özünə bənzəyən rəsmlərə baxdığını görmək həyəcanvericidir” ifadələrini işlədib.

Postxronika.az xəbər verir ki, sərginin səyyar verisyası Kembricin mərkəzi kitabxanasında açılıb. Bu təşəbbüs, qaradərili mədəniyyətin Britaniya ədəbiyyatında 200 illik tarixə sahib olduğunu üzə çıxarıb.

Qeyd edək ki, Professor Sends-O'Konnor, yamayikalı həyat yoldaşı ilə tanış olduqdan sonra bu sahəyə maraq göstərib. Mütəxəssis qeyd edib ki, "Həyat yoldaşım kitab oxumurdu və mənə dedi ki, bunun səbəbi kitablarda özünü görməməsidir. Beləliklə bu mövzu mənim üçün həm şəxsi, həm də peşəkar marağa çevrildi"