İndoneziyanın Şimal Sulavesi əyalətində günlərlə davam edən güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. Hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfərin itkin olduğu bildirilir.

Postxronika.az xəbər verir ki, rəsmilər ən az 7 evin su altında qaldığını, 140 evin ziyan gördüyünü və 680-dən çox sakinin müvəqqəti təhlükəsiz yerlərə köçürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Endoneziyanın Sumatra Adasında 2025-ci ilin noyabrından bəri davam edən güclü yağışlar nəticəsində 1177 nəfər həyatını itirib.