Bolqarıstan bu gündən etibarən rəsmi olaraq Avro zonasına daxil olub və ölkədə uzun illər istifadə edilən bolqar levası avro ilə əvəzlənib.
Postxronika.az xəbər verir ki, ilk dəfə 1881-ci ildə dövriyyəyə buraxılan leva artıq rəsmi ödəniş vasitəsi statusunu itirib. Bolqarıstan Mərkəzi Bankının sədri Dimitar Radev bildirib ki, avro təkcə valyuta deyil, həm də Avropaya mənsubluğun rəmzidir. Onun sözlərinə görə, leva ölkənin tarixi və ictimai yaddaşının ayrılmaz hissəsi kimi qalacaq. AB Komissiyasının sədri Ursula fon der Lyayen isə avroya keçidin uzunmüddətli səylərin nəticəsi olduğunu və bu addımın ödənişləri asanlaşdıracağını, səyahət imkanlarını genişləndirəcəyini vurğulayıb. Qeyd edək ki, bir ay ərzində ölkədə həm leva, həm də avro istifadə olunacaq, fevralın 1-dən isə yalnız avro qüvvədə olacaq.