Türkiyənin "Fatih" bölgəsində 2 aylıq körpə acından ölüb.

Postxronika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı saxlanılan ananın ifadələri istintaqın gedişatını dəyişib.

 Məlum olub ki, körpə səhər saatlarında həyatını itirsə də, ana təcili yardıma yalnız 12 saat sonra zəng edib. "Körpənin son 3 gündür qidalanmadığı"nı deyən ana ilə bağlı şübhələr getdicə artırıb.

Araşdırmalar nəticəsində məlum olub körpə noyabrın 5-də 3,2 kq çəki ilə dünyaya gəlib. Evə buraxılan uşağın öldüyü gün çəkisinin 2 kiloqrama qədər düşdüyü və qarın nahiyəsində fiziki çökmələrin olduğu aşkar edilib.

Hadisə ilə bağlı körpənin atası, həmçinin eyni evdə qalan nənə və baba da polis tərəfindən saxlanılıb.

Şübhəlilər haqqında "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb.