İsrailin Baş naziri Benyamin Netanyahu və xanımı Sara ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında verdiyi yeni il ziyafətinə qatılıb.

Postxronika.az xəbər verir ki, məlumatı "The Times of Israel" yayıb.

Netanyahu yanvarın 1-nə keçən gecə şənlik zamanı Tramp və birinci xanım Melaniya Trampla birlikdə görüntülənib. Bu həftənin əvvəlində ABŞ prezidenti açıq şəkildə İsrailin baş nazirinin tədbirdə iştirak etməyi planlaşdırdığını təsdiqləyib.