"Çelsi"nin baş məşqçisi Enzo Mareska 2025-ci ilin uğursuz və gərgin keçən son aylarından sonra rəsmən vəzifəsindən ayrılıb.
Postxronika.az xəbər verir ki, London klubu italyan mütəxəssislə yolları ayırmaq qərarına gəlib və bu, futbol dünyasında böyük əks-səda doğurub. Komandanın Premyer Liqadakı qeyri-sabit nəticələri və turnir cədvəlindəki geriləmə rəhbərliyin bu sərt addımı atmasına səbəb olub. Mareskanın gedişi qış transfer pəncərəsinin açıldığı bir vaxtda "zadəganlar"ın strateji planlarını ciddi şəkildə dəyişib. Hazırda klub rəhbərliyi boş qalan baş məşqçi postuna gətiriləcək yeni namizədlərin siyahısı üzərində intensiv iş aparır. Bu qərar "Çelsi"nin 2026-cı ilə tamamilə yeni bir başlanğıc və iddialı hədəflərlə girmək istədiyini nümayiş etdirir.