Suriyada devrilmiş rejim dövründə ailələrindən ayrılan uşaqlardan 150-si uzun illər sonra ailələrinə qaytarılıb.
Postxronika.az xəbər verir ki, ailə və Sosial İşlər Nazirliyinə bağlı xüsusi komissiya uşaqları taparaq ailələrinə təhvil verib. Hazırda əlavə 50 uşağın da ailələrinə çatdırılması prosesi davam edir.
Komissiya uşaqların məlumatlarını toplamaq, ailələrlə əlaqə saxlamaq və hüquqi dəstək vermək üçün xüsusi qruplar yaradıb. Məqsəd devrik rejim dövründə baxım evlərinə yerləşdirilmiş uşaqların izini sürmək və onları ailələrinə qaytarmaqdır.