Vanda qar uçqunu nəticəsində bir qadın qarın altında qalıb. O, xilas edilərək yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.


Postxronika.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Hadisə ilə bağlı AFAD, polis, jandarma, yanğınsöndürən və tibbi yardım qrupları dərhal hadisə yerinə göndərilib.

Belə ki, uçqun riski səbəbilə bəzi evlər müvəqqəti olaraq boşaldılıb və sakinlər təhlükəsiz yerlərə yerləşdirilib. Bildirilib ki, hazırda qarın altında heç kim yoxdur və bütün risklər nəzərə alınaraq sahədə tədbirlər davam etdirilir.


Fatimə Məmmədova