İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Günün 2 qarşılaşması da bərabərlik ilə başa çatıb.

"Kristal Pelas" doğma meydanda "Fulhem"i qəbul edib. Hesab birinci hissənin sonlarında açılıb. Jan Filip Mateta topu rəqib qapısından keçirib. 1-ci hissə meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. 80-ci dəqiqədə yarımmüdafiəçi Tom Kerni hədəfdən yayınmayıb. Beləliklə, "Kristal Pelas" "Fulhem" ilə 1:1 hesablı heç-heçə edib. 

Günün digər matçı "Liverpul" və "Lids" kollektivləri arasında keçirilib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. 

Turnir cədvəlində "Liverpul" 33 xalla 4-cü sıradadır. "Kristal Pelas" və "Fulhem" 27 xalla 9 və 10-cu pillələrdə qərarlaşıblar. Qeyd edək ki, "Arsenal" 45 xalla liderliyini qoruyub saxlayır.

Türkanə Muradlı