Azərbaycanın tanınmış pedaqoqu, uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş Nailə Əkbərova vəfat edib.
Postxronika.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə və yaxınları tərəfindən paylaşılıb. Mərhum pedaqoqun vəfatı həm həmkarları, həm də vaxtilə dərs dediyi tələbələri tərəfindən böyük kədərlə qarşılanıb.
Nailə Əkbərova pedaqoji fəaliyyəti dövründə savadlı kadrların yetişməsində böyük əmək sərf etmiş, təhsil sahəsində öz dəst-xətti ilə seçilən mütəxəssislərdən biri olub. Onun vəfatı ölkənin təhsil camiası üçün ciddi itki hesab olunur. Qeyd edək ki, N.Əkbərova həm də cəmiyyətdə intellektual səviyyəsi və xeyriyyəçi obrazı ilə hörmət qazanmışdı.
Postxronika.az kollektivi olaraq mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!