"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes yanvarın 1-də vəzifəsindən azad edilən baş məşqçi Enzo Mareska ilə bağlı paylaşım edib.
Postxronika.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesabında keçmiş çalışdırıcısına və onun köməkçilərinə təşəkkürünü bildirib. O, mütəxəssislə birgə qazandıqları iki titulu heç vaxt unutmayacağını vurğulayaraq, Mareskaya gələcək karyerasında uğurlar arzulayıb. Fernandes sabiq müəllimindən çox şey öyrəndiyini və yollarının yenidən kəsişəcəyinə ümid etdiyini qeyd edib.
Xatırladaq ki, "zadəganlar" İngiltərə Premyer Liqasında 19 oyundan sonra 30 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıblar. London təmsilçisi hazırkı lider "Arsenal"dan 15 xal geri qalır.