NBA-nın 2025-2026-cı il mövsümü çərçivəsində "Sakramento Kinqz" və "Boston Seltiks" komandaları arasında növbəti qarşılaşma baş tutub.

Postxronika.az xəbər verir ki, Bakı vaxtı ilə gecə saatlarında ABŞ-ın Kaliforniya ştatında keçirilən görüş qonaqların 120:106 hesablı qələbəsi ilə yekunlaşıb. "Seltiks"in heyətində Ceylen Braun 29 xal, 10 ribaund və 4 məhsuldar ötürmə ilə matçın ən yaxşı oyunçusu seçilib.

Meydan sahiblərindən isə DeMar DeRozan 25 xal, 5 ribaund və 6 assistlə yadda qalıb. Bu nəticə ilə Boston təmsilçisi son yeddi oyunda altıncı qələbəsini rəsmiləşdirib.

"Sakramento" isə ardıcıl üçüncü məğlubiyyətini alaraq uğursuz seriyasını davam etdirib.