NBA-nın 2025-2026-cı il mövsümü çərçivəsində Nyu-Yorkda "Bruklin Nets" və "Hyuston Rokets" komandaları üz-üzə gəlib.

Postxronika.az xəbər verir ki, Bakı vaxtı ilə yanvarın 2-nə keçən gecə baş tutan qarşılaşma qonaqların 120:96 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Hyuston təmsilçisinin heyətində Amen Tompson 23 xalla matçın ən məhsuldar oyunçusu olub, ulduz basketbolçu Kevin Durant isə 22 xal və 11 məhsuldar ötürmə ilə "dabl-dabl"a imza atıb. Meydan sahiblərindən Kameron Tomas 21 xalla yadda qalsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, "Nets"in gənc rusiyalı hücumçusu Yeqor Demin zədə səbəbindən bu görüşü buraxmalı olub.