Yeni ilin başlaması ilə bir sıra tanınmış əsər və personajlar ictimai mülkiyyət (public domain) statusu alıb. ABŞ qanunvericiliyinə görə, 1978-ci ildən əvvəl nəşr olunan əsərlər adətən 95 il, bu tarixdən sonra dərc edilənlər isə müəllifin ölümündən 70 il sonra müəllif hüququndan azad olunur.
Postxronika.az xəbər verir ki, bu il ictimai mülkiyyətə keçən mühüm əsərlərdən biri Aqata Kristinin “The Murder at the Vicarage” romanıdır. Sözügedən əsər məşhur yazıçının Miss Marpl obrazının yer aldığı ilk romanı hesab olunur və detektiv janrında əlamətdar nümunə kimi tanınır.
Eyni zamanda Disney-in klassik qısametrajlı filmləri olan “The Chain Gang” və “The Picnic” də artıq sərbəst istifadə oluna bilən materiallar sırasındadır. Bu animasiyalarda Mikki Mausun sevimli iti Plutonun ən erkən versiyaları yer alır.
Beləliklə, həm ədəbiyyat, həm də animasiya tarixində xüsusi yer tutan bu əsər və obrazlar artıq hər kəs tərəfindən hüquqi məhdudiyyət olmadan istifadə edilə bilər.