İspan futbolçu Serxio Ramos keçmiş klubu ‘’Sevilya’’nı  almaq üçün hərəkətə keçib.


Postxronika.az bildirir ki, bu barədə ‘’COPE’’məlumat yayıb. Ulduz futbolçunun ‘’Sevilya’’ klubunu almaq istəyən investor qrupuna rəhbərlik etdiyi bildirilir.


‘’Sevilya’’ yetirməsi olan Ramos ‘’Real Madrid’’, ‘’PSJ’’  və son olaraq ‘’Monterrey’’də çıxış edib. 


Qeyd edək ki, Serxio Ramos karyerası   boyunca 4 dəfə Çempionlar liqası çempionu , 5 dəfə İspanya çempionu və 2 dəfə Fransa çempionu olub. Milli komanda ilə isə 1 dəfə dünya çempionluğu və 2 dəfə Avropa çempionluğu sevinci yaşayıb.