Türkiyə təmsilçisi ‘’Antalyaspor’’ baş məşqçi postuna Sami Uğurlunun gətirildiyini açıqlayıb.
Postxronika.az bildirir ki, bu barədə klub rəsmi paylaşım edib.
‘’Antalyaspor’’ un açıqlamasında türk mütəxəssislə 2025-2026 mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Antalya klubu hazırda Türkiyə Super Liqasında 15 xalla 15-ci pillədə qərarlaşıb.