İtaliya A Seriyasında 18-ci turun ilk oyunu keçirilib.

Postxronika.az xəbər verir ki, "Kalyari" və "Milan" qarşılaşıb. Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb. 1-ci hissədə qapılara qol vurulmayıb. Hesab 2-ci hissənin əvvəlində açılıb. Portuqaliyalı hücumçu Rafael Lean qapını dəqiq nişan alıb. Meydan sahibləri bir neçə dəfə cəhd etsə də, qol vura bilməyib. Beləliklə, "Milan" səfərdə "Kalyari" kollektivini 1:0 hesabla məğlub edib. 

Turnir cədvəlində "Milan" 38 xalla liderdir. "Kalyari" isə 18 xalla 14-cü pillədə qərarlaşıb.


Türkanə Muradlı