ABŞ Prezidenti Donald Trampın ABŞ-yə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə kobud münasibət göstərdiyi iddia olunub.
Postxronika.az xəbər verir ki, adının açıqlanmasını istəməyən yüksək rütbəli diplomat Trampın Mar-a-Laqoda keçirilən görüşdə Zelenskiyə qarşı sərt və uyğun olmayan davranış sərgilədiyini bildirib. O, bu münasibəti “zalımcasına” adlandıraraq Rusiya Prezidenti Vladimir Putinin görüşdən əvvəl Tramp ilə apardığı telefon danışıqlarında manipulyativ mövqe tutduğunu da iddia edib.
Məlumata əsasən, ABŞ–Ukrayna danışıqlarında hazırkı vəziyyət Kiyev üçün daha məqbul sayılsa da, Moskva üçün etiraz doğuran məqamlar artıb. Tərəflərin müəyyən güzəştlərə gedə biləcəyi qeyd olunsa da, əsas maneələrin qalması razılaşmanın hələ də uzaq olduğunu göstərir.